Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “The New York Times” ABŞ-n bambılı prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında sülh danışıqlarından tamamilə çıxmağı düşündüyünü yazıb və “Wall Street Journal”ın xəbərinə cavab olaraq əlavə edib ki, Tramp Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsində maraqlı deyil.
“The New York Times” yazıb ki, keçən həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp sanki bir neçə Avropa ölkəsinin liderləri ilə söhbətlərində danışıqlardan çıxmaq niyyətində olduğu təəssüratını çatdırıb!
Rəsmilərin sözlərinə görə, bu söhbət zamanı Tramp “Putin qalib gəldiyini düşünərək, üstünlüyünü diktə edir” fikrini bildirib.
Rəsmilər onu da əlavə ediblər ki, Tramp söhbət zamanı “Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirmək bir yana qalsın,” ona təzyiq etmək istəmədiyini açıqlayıb.
Məsələ ilə tanış olan bir mənbə New York Times-a bildirib ki, “o, əsasən “Mənə daha güvənmə” dedi.
Qəzet Trampın Ukraynaya hərbi yardımı davam etdirməyə hazır olub-olmadığını açıqlamayıb.
“New York Times” qəzetinin yazdığına görə, Ukraynadakı müharibəni “Avropa müharibəsi” kimi xarakterizə edən Tramp Moskvanın böhranın həlli üçün razılaşmanın əsas şərtlərini dəyişmək istəmədiyini öyrənəndə təəccüblənib.
Rusiya vurğulayıb ki, istənilən uzunmüddətli sülh Ukraynanın neytrallığı, tərksilahı və de-nasifikasiyası, eləcə də Moskva tərəfindən əldə edilmiş ərazilərin tanınması və yeni ərazi reallıqlarının qəbulu ilə bağlı təminatlardan ibarət olmalıdır.
Uoll Strit daha əvvəl iddia etmişdi ki, Tramp sülh danışıqlarından hədsiz yorulub və hazırkı səylər uğursuz olarsa, çox güman ki, onlardan tamamilə uzaqlaşacaq.
Qəzet onu da yazıb ki, Tramp Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
Bambılı Tramp iki gün öncə, ABŞ, sionist İsrail rejimi və İngiltərənin Yəmənə, Fələstinə, İraqa, Livana, Suriyaya və dünyanın sair ölkələrinə qarşı həyata keçirtdiyi dəhşətli soyqırım və hava hücumlarını sanki unudaraq Rusiyanın Ukraynanın paytaxtı Kiyevə və digər şəhərlərə dağıdıcı hücumlarından sonra özünün Truth Social sosial media hesabında yazıb: "Mənim Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə dəli olub! Putin heç bir səbəb olmadan bu qədər insanı öldürür. Raketlər və pilotsuz təyyarələr Ukrayna şəhərlərinə heç bir fərq qoymadan və səbəbsiz yerə atılır!”
Sizin rəyiniz