Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Braziliya prezidenti Lula Da Silva sionist rejimin təcavüzünün hazırkı mərhələsinin fələstinliləri öz torpaqlarından qovmaq məqsədi daşıdığı olduğunu vurğulayaraq, sionistlərin Fələstin xalqına qarşı “soyqırım” törətdiyini bəyan edib.
O, X platformasındakı yazısında sionist rejimin hava hücumu nəticəsində fələstinli həkim Əla Ən-Nəccarın 10 uşağından doqquzununun şəhadətə yetməsini şiddətlə pisləyib və baş verənləri sionist rejimin növbəti biabırçı və qorxaq hərəkəti adlandırıb.
Braziliya prezidenti qeyd edib ki, həkimin sağ qalan yeganə oğlu, həkim həyat yoldaşı ilə birlikdə xəstəxanada ağır vəziyyətdədir.
Da Silva vurğuladı: “İsrail müdafiəsiz mülki əhaliyə qarşı müharibə aparıb, bu müharibədə hər gün günahsız qadın və uşaqlar hədəfə alınıb”.
"Artıq söhbət özünü müdafiə hüququndan, terrorizmlə mübarizədən və ya HƏMAS-ın saxladığı məhbusları azad etmək cəhdindən getmir. Bu gün Qəzzada gördüyümüz qisasdır", - deyə o davam edib.
Sizin rəyiniz