Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin böyük şeytan ABŞ və istemarçı Qərb qüvvələri ilə döyüşüdü və bütündünyaya göstərdi ki, iman və qətiyyətlə Qərbi Əbrəhə qoşununun müasir və yenilməz göstərilən texnikasını məğlub etmək olar...
USS Harry Truman qaçdı; İndi növbə ingilislərin aviadaşıyan gəmisinindir.
ABŞ-ın müdafə naziri Pit Hegset Fox News-a verdiyi müsahibəsində bildirib: “Yəmənlilər tam olaraq məhv olmayıblar və buna görə də Amerika bütün vaxtını və qüvvəsini Yəməndə rejimin dəyişdirilməsinə sərf etməməlidir.”
Hegsetin bu açıqlaması ABŞ-ın Yəmənə hücum etdiyi ilk günlərdəki hədəfləri və açıqlamaları ilə ziddiyyət təşkil edir. Belə ki, ABŞ və Qərb dövlətlərinin iki ay bundan öncə Yəmənə hücum çəkdikdə ilk hədəfləri Yəmən Ordusunu və Ənsarullahı tamamilə məhv etmək idi...
O, müsahibəsinin davamında deyib: “Biz, əsas mənafeimiz və bir nömrəli hədəfimiz olan Çin və İranı buraxaraq vaxtımızı yalnız Yəmənə sərf edə bilmərik...”
Qeyd edək ki, dünyanın ən böyük ordusu 6 həftə ərzində Yəmən Silahlı Qüvvələrinə qarşı 800-dən çox hücum təşkil etdi. İş o yerə gəlib çatdı ki, ABŞ ordusu B 2 bombardiman təyyarələrindən də istifadə etdi. Bu hücumların yeganə nəticəsi mülki vətəndaşların kütləvi qırılması və Amerikanın cinayətlər siyahısının daha da ağırlaşması oldu.
Yəmənlilərə qarşı müharibədə çox az bir müddət ərzində gözəçarpaçaq nəticələrə nail olacağına ümüd bəsləyən Tramp, döyüş xərclərinin artması və öncədən təyin edilmiş hədəflərinin heç birinə çata bilməməsinə görə, Yəmənlə danışıqlara getmək üçün vasitəçilər dalınca qaçmağa məcbur qaldı.
Əlbətdə qeyd edək ki, ABŞ üçün iş o zaman daha da çətinləşdi ki, iki dəd 120 milyonluq F-18 qırıcılarının vurulyb məhv edilməsindən əlavə, onlarla MQ-9 fövq-modern PUA-ları ardıcıl sürətdə darmadağın edilərkən az qala ABŞ-ın qürur mənbəyi və huviyyəti olan F-35 qırıcısı Yəmən Havadan Müdafiə Sistemləri tərəfindən vurulsun.
Bəlkə də amerikalılar heç güman da etmirdilər ki, F-35 qırıcısı Yəmən Havadan Müdafiə Sistemlərinin atəş açdığı raketlərdən canını qurtarmaq üçün xeyli çətin manevirlər etmək məcburiyyətində qalsın.
Hegset ABŞ-ın aviyadaşıyan gəmilərinin məntəqədən fərar edərək Amerikaya qaçmaqlarına heç bir işarə etmədən iddia edib: “Hal-hazırda Amerika gəmiləri Babul-Məndəb Boğazından azad sürətdə gediş-gəlişdədirlər.”
ABŞ-ın Harry Truman aviyadaşıyan gəmisi bölgəni elə bir zamanda tərk etdi ki, Amerikanın o gəmini əvəz edəcək digər bir gəmi ilə bağlı heç bir planı yoxdur. Bu aviyadaşıyıcının fərar etməsinin ardınca Yəmən Silahlı Qüvvələrinin hazırda ingiltərənin aviyadaşıyıcısına və digər hərbi gəmilərinə qarşı hücum planlarının həyata keçirilməsi gözlənilir.
İngiltərənin Deyli Meyl bu barədə yazır: “Babul-Məndəb Boğazından keçərək Qırmızı Dənizd üzməyə dava edəcək İngiltərə Krallığının Dəniz Qüvvələrinə aid gəmilərdən biri Yəmənlilərin ehtimal olunan hücumuna hazırlaşır.”
Yəmənlə müharibə sbəb oldu ki, Amerika Ordusunun yeni döyüş meydanı haqqındakı reallığı yaratmaq qabiliyyətinə dair iddiaları ciddi sual altına düşsün. Hazırda analtiklər Amerika Birləşmiş Ştatlarının Ordusunun qüdrət və bacarığı haqqındatı fikirlərində dəyuişiliklər edirlər.
Sizin rəyiniz