26 may 2025 - 18:16
72 yaşlı Nənə Makron 47 yaşlı ərinin, Fransa prezidentinin üzünə sillə vurdu \ VİDEO

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Emanuel Makronun nənəsi yaşında xanımının bu addımı Asiya səfəri zamanı kameraçıların gözündən yayına bilməyib. İnternetdə yayılan videoda 47 yaşlı Fransa prezidenti Emmanuel Makronun 72 yaşlı “həyat yoldaşı” Bricitin, təyyarə Vyetnama endikdən sonra Makronun üzünə sillə vurması əks olunub. Videoda Makronun arvadı aydın görünməsə də, sözügedən şəxs Makronun həyat yoldaşının bu səfər zamanı geyindiyi eyni rəngli paltar geyinib və onun üzünə sillə vurur. Makron arvadının bu hərəkətindən şoka düşmüş kimi görünsə də, kameralar qarşısında özünü idarə etməyə çalışıb. Fransa Prezident Aparatı ilk öncə video ilə bağlı iddiaları əsassız saysa da lakin sonradan qəbul etmək məcburiyyətində qalıb.

Sizin rəyiniz

You are replying to: .
captcha