26 may 2025 - 16:34
ABŞ vətəndaşları Tramp administrasiyasının siyasətindən narazıdır

Sorğunun nəticələri Trampın tarif siyasətinin Amerika vətəndaşlarının həyatına mənfi təsirlərini ortaya qoyur.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bloomberg sorğusunun nəticələrinə görə, amerikalıların 56 faizi Trampın tarif siyasəti olmadan yaşayış xərclərinin daha yaxşı olacağına inanır.

2100 Amerika vətəndaşının iştirakı ilə keçirilən sorğuda məlum olub ki, amerikalıların 69%-i gündəlik mallarının qiymətlərinin artacağını gözləyir.

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp dünyanın əksər ölkələrinə ağır gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı. Bu siyasətin açıqlanmasından sonra ABŞ-da əmtəə qiymətlərinin artması ilə bağlı narahatlıqlar güclənib.

Sizin rəyiniz

You are replying to: .
captcha