25 may 2025 - 13:05
Ekvadorun yeni seçilmiş prezidenti and içib

Ekvadorun seçilmiş Prezidenti prezident seçkilərinin ikinci turunda inamlı qələbə qazandıqdan sonra ölkə parlamentində and içib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ekvador Prezidenti Daniel Nobua prezident seçkilərində qalib gəldikdən sonra ölkə parlamentində prezident kimi and içib.

O, parlament binası qarşısına toplaşan tərəfdarlarına bildirib: “Mafioz hücumlara məruz qalan və bunun bədəlini ödəyən ölkəmizə tərəqqi gətirəcəyik.”

Namizədi seçkidə məğlub olan solçu Vətəndaş İnqilabı Partiyasının nümayəndələri mərasimdə iştirak etməyiblər.

Nobuanın qələbəsi, onun rəqiblərinin seçki saxtakarlığını iddia etdiyi və ölkənin Milli Assambleyasından bir sıra seçki məntəqələrində səslərin yenidən hesablanmasını tələb etdiyi vaxta baş verib. Lakin adı çəkilən qurum rəqiblərin iddia və tələblərini rədd edib.

Ekvador prezidenti mütləq problemləri həll etməlidir ki, bunlardan ən mühümü təhlükəsizlik və iqtisadi böhranlardır.

Seçilmiş prezidentin qarşısında duran vəzifə iqtisadi məsələlər və sosial problemlərin həllidir, çünki Ekvador işsizlik nisbətlərinin, səhiyyə və təhsil sektorlarında problemlərin əhəmiyyətli dərəcədə artmasının şahidir.

Qeyd edək ki, Daniel Roy Hilkrist Noboa Asin Ekvadorlu siyasətçi, dövlət xadimi və banan sənayesində iş adamıdır. O, 30 noyabr 1987-ci il, ABŞ-ın Florida ştatının Mayami şəhərində dünyaya göz açıb. 23 noyabr 2023-cü ildən seçkilərdə səs zanaraq Ekvador Prezidenti olub. 35 yaşında vəzifəyə başlayan Noboa Ekvador tarixində ikinci ən gənc prezident (birincisi Xose Flores y Aramburu idi) və xalq səsverməsi ilə seçilən ən gənc prezidentdir.

Noboa 2021-ci ildən 2023-cü ilə qədər Ekvador Milli Assambleyasının üzvü olub, prezident Guillermo Lasso tərəfindən başlatılan muerte cruzada mexanizmi çərçivəsində ləğv edilib. Siyasi karyerasından əvvəl Noboa ailə biznesində bir neçə vəzifədə çalışıb. Atası Alvaro Noboa beş dəfə Ekvador prezidentliyinə namizədliyini irəli sürüb. Daniel Noboa tez-tez atasının şirkətinin və sərvətinin varisi kimi xatırlanır.

2023-cü ilin may ayında Noboa 2023-cü il növbədənkənar seçkilərdə Milli Demokratik Fəaliyyət bileti ilə mübarizə apararaq prezidentliyə namizədliyini irəli sürüdü.

Seçkilərin ikinci turunda o, Luisa Qonzaleslə yarışıb. Noboanın dəstək sayı seçkilərə bir neçə gün qalmış az olsa da, ikinci turda səslərin təxminən 52%-ni toplayan Noboa 15 oktyabr 2023-cü ildə keçirilən seçkidə qalib gəldi.

Noboa hazırda dünyanın demokratik yolla seçilmiş ən gənc dövlət başçısıdır və Burkina Fasodan olan İbrahima Traore və İslandiyalı Kristrun Frostadottirdən sonra isə üçüncü ən gənc hökumət başçısıdır.

O, 2025-ci ilin aprelində, növbəti müddətə yenidən prezidentliyə seçildi.

Sizin rəyiniz

You are replying to: .
captcha