Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist rejiminin ibranidilli qəzeti sionist rejim ordusunun Qəzza zolağında tibb mərkəzlərinə qarşı vəhşi və hərtərəfli hücumlarına etiraf edib.
Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, ibrani dilində çıxan “Haaretz” qəzeti faşist İsrail rejim ordusunun Qəzza zolağındakı tibb mərkəzlərini cilovsuz şəkildə bombaladığını etiraf edib.
Hesabatda, uşaq qatili İsrail faşist rejiminin hərbi qüvvələri tərəfindən son bir həftə ərzində Qəzza zolağında 10 xəstəxana və tibb mərkəzinin hədəfə alındığı və dağıdıldığı bildirilir.
Haaretz əlavə edib ki, keçən həftə Xan Yunisdəki Avropa Xəstəxanasına edilən vəhşi hücum bu cilovsuz hücumların başlanğıc nöqtəsi olub.
Qəzet “Gideonun arabaları” adlanan əməliyyata və Qəzza zolağında tibb müəssisələrinə hücumların artmasına toxunub. Ümumdünya Səhiyyə Təşkilatı da ötən həftə Qəzza zolağında xəstəxanalara 28 hücumun edildiyini qeyd edib.
Haaretz etiraf edib ki, faşist İsrail rejim ordusu bu xəstəxanalardan hərbi məqsədlər üçün istifadə etməklə bağlı aldadıcı iddialarını davam etdirir.
Sizin rəyiniz