25 may 2025 - 11:35
Ehud Barak: Qəzza zolağının yenidən işğalı strateji fəlakətdir

Ehud Barak: “Netanyahu məhbusların azadlığa buraxılması ilə bağlı razılaşmadan qorxur, çünki bu, onun siyasi koalisiyasının dağılmasına və onun məhkəməsinin başlanmasına səbəb olacaq.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminin sabiq baş naziri Qəzza zolağının yenidən işğal edilməsinin strateji fəlakət olacağına etiraf edib.

Mehr Xəbər Agentliyinin Arabi 21-ə istinadən verdiyi məlumata görə, qaniçən sionist rejimin sabiq baş naziri Ehud Barak “Financial Times” qəzetində dərc olunan məqaləsində Qəzza zolağının yenidən işğalının rejim üçün strateji fəlakət olacağını vurğulayıb.

O, daha sonra əlavə edib ki, Qəzza zolağına qarşı müharibənin başlamasından 20 ay keçdikdən sonra Təl-Əvivin iki yolu var: Birincisi, məhbusların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi, ikincisi, “qələbə” ilğına nail olmaq üçün Qəzza zolağına kütləvi hərbi hücuma keçmək.

Barak ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsi ilə bağlı Netanyahuya etdiyi xəbərdarlıqlara da toxunub.

O yazıb ki, Netanyahu məhbusların azadlığa buraxılması ilə bağlı razılaşmadan qorxur, çünki bu, onun siyasi koalisiyasının dağılmasına və onun məhkəməsinin başlanmasına səbəb olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha