Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinli qrupların liderləri Suriyaya hakim kəsilmiş yəhudi-pərəst vəhhabi Colani hökumətinin təzyiqindən və mal-mülklərinin müsadirə olunmasında sonra Suriyanın paytaxtı Dəməşqi tərk edib.
Adının açıqlanmasını istəməyən və hazırda Suriyadan kənarda olan bu qruplaşmaların komandirlərindən biri Fələstinli qrupların liderlərinin çoxunun Dəməşqi tərk edərək Livan kimi ölkələrə getdiyini vurğulayıb.
O, əlavə edib ki, bu şəxslər Suriya torpaqlarını tərk etmək üçün rəsmi müraciət almayıblar, lakin qrupların evləri, ofisləri, avtomobilləri, Dəməşq və digər əyalətlər ətrafındakı təlim düşərgələri də daxil olmaqla əmlaklarının müsadirə edilməsi də daxil olmaqla məhdudiyyətlərlə üzləşiblər.
Bu şəxslər arasında Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin - Baş Komandanlığın banisinin oğlu Xalid Cibril, Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin Suriyadakı baş katibi Xalid Əbdül Məcid və Fəth İntifadası hərəkatının baş katibi Ziad Əl-Sağir də var.
Fələstin rəsmisi qeyd edib ki, bu qruplaşmaların fəaliyyəti praktiki olaraq qadağan edilib və üzvlərin ofislərindəki və sahibliklərində olan silahlar, həmçinin təslim olması tələb olunan şəxsi silahların siyahısı ilə birlikdə yəhudi-pərəst Qolani vəhhabi hökumətinə təhvil verilib.
Dəməşqdəki başqa bir fələstinli mənbə isə əksər Fələstin qrupları ilə yəhudi pərəst Colani vəhhabi hökuməti arasında heç bir əməkdaşlığın olmadığını bildirərək vurğulayıb: “Zənglərimizə cavablar çox vaxt soyuq olur və ya gecikir. Bizə açıq şəkildə ifadə edilməsə belə, biz özümüzü arzuolunmaz qonaqlar kimi hiss edirik.”
Xəbərlər həmçinin göstərir ki, ABŞ prezidenti Donald Tramp və Suriya keçid hökumətinin əl-Culani ləqəbli başçısı ilə Ər-Riyadda keçən həftə keçirilən görüşdə Dəməşqdən sanksiyaların ləğvi müqabilində Fələstin müqavimət qruplarının üzvlərini ölkədən çıxarmaq istənilib.
Bundan əvvəl media orqanları Fələstin İslami Cihad hərəkatı liderlərindən ikisinin yəhudi-pərəst Qolani vəhhabi hökuməti tərəfindən həbs edildiyini və hələ də həbsdə olduğunu açıqlamışdı.
Xatırladaq ki, Mayın 3-də də Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi - Baş Komandanlığın baş katibi Talal Naci Suriyaya hakim kəsilmiş yəhudi-pərəst vəhhabi hakimiyyəti tərəfindən müvəqqəti saxlanılıb.
Sizin rəyiniz