24 may 2025 - 10:09
İrlandiyalı reper Hizbullah bayrağını qaldırdıqdan sonra terrorda ittiham olunur

Mo Şara kimi tanınan Liam Ohana adlı irlandiyalı reper terror aktı törətməkdə ittiham olunub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniya polisi Mo Şara kimi tanınan irlandiyalı reper Liam Ohananı terrorda ittiham edib. İttiham onun qrupunun Londonda verdiyi konsertlərdən birində Hizbullah bayrağını dalğalandırmasından sonra olub.

Kneecap qrupunun üzvü, 27 yaşlı Liam Ohana ötən ilin noyabrında Londonda verdiyi konsert zamanı Hizbullah bayrağını nümayiş etdirib. Bu hərəkət SİONİST Britaniya polisini reaksiya verməyə və ona qarşı iş açmağa vadar edib.

Britaniya polisi elan edib ki, bayrağın qaldırılması onun qadağan olunmuş təşkilatı dəstəkləməsinə əsaslı şübhələr yaradan şəraitdə baş verib; Britaniya polisi qadağanolmuş təşkilat dedikdə Livan Hizbullahını nəzərdə tutur.

Westminster Magistrates Məhkəməsinin məlumatına görə, Liam Ohana ona qarşı irəli sürülən ittihamlarla üzləşmək üçün iyunun 18-də məhkəməyə gəlməlidir.

Sizin rəyiniz

You are replying to: .
captcha