20 may 2025 - 08:53
Pakistanın Bəlucistan əyalətində törədilən partlayışda 13 nəfər ölüb, 13 nəfər yaralanıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistanın Bəlucistan əyalətinin Qala Abdullah bölgəsində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb və yaralanıb.

Partlayış Bəlucistan əyalətinin Qala Abdullah şəhərindəki bazarda baş verib və təhlükəsizlik mənbələri bunun terror aktı olduğunu təsdiqləyib.

Xəstəxana mənbələrinin məlumatına görə, partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər isə ağır yaralanıb.

Bəlucistan Əyaləti Polisi elan edib ki, bu hadisədə bir avtomobilə yerləşdirilmiş bombanın ictimai yerdə uzaqdan partladılaraq baş verib.

Bəlucistan Baş Naziri Sərfaraz Buqti verdiyi açıqlamada həlak olanların ailələrinə və yaralılara başsağlığı verib və partlayışı şiddətlə qınayıb: “Təhlükəsizlik qüvvələri ilə Pakistan xalqı arasında terrora qarşı birgə müharibə onun tamamilə kökü kəsilənə qədər davam edəcək.”

Sizin rəyiniz

You are replying to: .
captcha