1 yanvar 2021 - 16:12
Gürcüstanın ixracatı 11%-dən çox azalıb

Son 11 ayda Gürcüstan iqtisadiyyatının tənəzzülünün orta göstəricisi 5,9%-dir.

ABNA24 Xəbər Verir, bunu Gürcüstan Milli Statistika xidmətinin rəhbəri Qoqita Todradze deyib.

Onun sözlərinə görə, cari ildə ölkənin ixracı 11,2%, idxalatı isə 16% azalıb.

O, yalnız noyabr ayında ixracatın 13,4% azaldığını bildirib.

342/