ABNA24 Xəbər Verir, Aksiyaçılar həmin ərəb ölkələrinin bu hərəkətini kəskin tərzdə pisləyiblər.
Əllərində işğalçı sionist qüvvələrlə toqquşan fələstinli gənclərin şəkilləri olan aksiya iştirakçıları «Uşaqlarımız unutmayacaqlar!» və «İntifazə bağlanmayacaq bir yoldur!» kimi şüarlar verərək, məzlum və müqavimətli Fələstin xalqı ilə öz həmrəyliklərini elan ediblər.
Aksiyaçılar vurğulayıblar ki, mədəni tədbirlər də daxil olmaqla hər bir üsuldan istifadə ilə işğalçı sionist rejim qarşısında dayanmaq gərəkdir.
ABŞ prezidenti Donald Trampın ərəb rejimlərinin sionist rejimlə münasibətləri adiləşdirmələri üçün göstərdiyi təzyiqlər nəticəsində indiyədək əmirliklər, Bəhreyn, Sudan və Mərakeş diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsi barədə sionist rejimlə razılığa gəliblər.
Bu sazişlər İslam Dünyasında geniş tənqidlərlə üzləşibdir.
342/