10 noyabr 2020 - 15:11
Türkiyədə İŞİD terrorçuları tutuldu

Türkiyənin Mersin şəhərində terror əməliyyatından oncə İŞİD qruplaşmasının altı üzvü həbs olunub.

ABNA24 Xəbər Verir, Bu şəxslər dünən gecə Türkiyənin cənubundakı Mersin Jandarma qüvvələri tərəfindən  şəhərin yeddi bölgəsində keçirilən əməliyyat zamanı tutulublar.

Türkiyə dövlət televiziyası bu barədə bildirib ki, Saxlanılanlar, təxribat əməliyyatları həyata keçirmək üçün Suriyadan qanunsuz olaraq Türkiyəyə daxil olmuşlar. 
Dünən də, İstanbul şəhərinnin on yeddi bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən eyni vaxtda həyata keçirilmiş əməliyyatda 17 İŞİD üzvü tutularaq məhkəmə orqanlarına təslim edilib.

342/