31 oktyabr 2020 - 11:00
Trampdan Türkiyə ilə bağlı şok qərar

Amerika Birləşmiş Ştatları Türkiyə üçün nəzərdə tutulmuş F-35 qırıcılarını Yunanistan Hərbi Hava Qüvvələrinə verəcək.

ABNA24 Xəbər Verir, bu barədə Yunanıstanın “Estia” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Yunanistanın F-35-lə təchizatı məsələsi ABŞ-ın dövlət katibi Mayk Pompeonun Afinaya səfəri zamanı müzakirə olunub.

“Jewish Press”in informasiyasına əsasən, F-35 qırıcıları Yunanıstanın Krit adasına yerləşdiriləcək. ABŞ-ın bu cür gözlənilməz qərar verməsinə səbəb kimi prezident Donald Trampın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından sonra Türkiyəyə olan qəzəbi göstərilir.

“City Times” qəzeti, öz növbəsində, Yunan-Amerikan anlaşmasının yalnız döyüşçülərlə məhdudlaşmadığını yazıb. Qəzetin məlumatına görə, ABŞ Türkiyədəki hərbi bazasında yerləşən NATO nüvə avadanlıqlarını Yunanıstanın Krit adasına köçürmək niyyətindədir.

342/