30 yanvar 2016 - 19:33
Mövsüm Səmədovun vəkili dəyişdirildi- İlham Əliyev

"Yalçın İmanovla artıq danışıqlar başa çatıb və müqavilə imzalanıb. Bundan sonra Səmədovun hüquqlarını Yalçın İmanov müdafiə edəcək.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun vəkili dəyişdirilib."

Bu barədə partiyanın sədr əvəzi İlham Əliyev Məlumat verib.

Onun sözlərinə görə, həbs olunduğu gündən Mövsüm Səmədovun vəkili olan tanınmış hüquqşünas Anar Qasımlını Yalçın İmanov əvəzləyəcək.

"Yalçın İmanovla artıq danışıqlar başa çatıb və müqavilə imzalanıb. Bundan sonra Səmədovun hüquqlarını Yalçın İmanov müdafiə edəcək. Biz də Mövsüm Səmədovun adından Anar Qasımlıya uzun illərdir çəkdiyi əziyyətlərə görə təşəkkür edirik."- deyə İ. Əliyev bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır