21 yanvar 2016 - 12:33
İİR erməni yalanını üzə çıxardı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə cavab notası gəndərilib. Burada qeyd edilib ki, qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbər həqiqəti əks etdirmir. Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Qondarma rejim olan Qarabağdan olan fermer və əkinçilər İrana səfər etməyib.”

Bu haqda İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə cavab notasında ünvanlanıb.

Məlumata görə,  Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşməsi barədə məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə cavab notası gəndərilib. Burada qeyd edilib ki, qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbər həqiqəti əks etdirmir. Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

Erməni mətbuatında yer alan məlumata görə, səfər ötən ilin oktyabrın 15-dən 23-dək davam edib. Səfərin məqsədi isə İİR-ın kənd təsərrüfatı sahəsində əldə etdiyi naliyyətlərlə tanışlıq olub.

İddiaya görə onlar Tehran və Şirazın müxtəlif ərazilərində olublar. Separatçı rejimin nümayəndələri ilə İran İslam Respublikası arasında razılaşma da əldə edilib. (!)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır