22 dekabr 2015 - 16:28
Rusiya Şiə Dünyasını seçdi

Geopolitik və ideoloji planda ABŞ, qanunsuz sionist rejimi və qərbin icad etdiyi vəhhabilərə qarşı məhz Şiələr dirəniş göstərirlər. Məhz bu səbəblərə görə Rusiya Şiə Dünyasını seçmişdir və dəstək verir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın Suriyaya köməyi son zamanlar dünya KİV-lərinin aktiv müzakirə mövzusuna çevrilib.

Rusiya Yaxın Şərqdə artıq öz seçimini etmişdir. Şiəlik və sələfilik arasındakı qlobal qarşıdurmada Rusiya məhz şiəliyi seçmişdir.

Qərb kəşfiyyat orqanları tərəfindən ərsəyə gətirilmiş və dəstəklənən vahhabilər bütün dünyaya xaos və ekstremizm yayırlar. Vahhabilərin ideologiyası onların şüursuz sektasına qoşulmayanların total genosidindən ibarətdir.

Geopolitik və ideoloji planda onlara qarşı məhz şiələr dirəniş göstərirlər. Məhz bu səbəblərə görə Rusiya şiə dünyasını seçmişdir və dəstək verir.

Xatırladaq ki, Şiə Ayparasına İran, Azərbaycan, Əfqanıstan, İraq, Suriya, Livan, Bəhreyn, Yəmən, Küveyt və Səudiyyənin müəyyən hissəsi daxildir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır