Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünyanın hər bir səmtində Seyyidi Şühəda, Əba Əbdillahil Hüseynə (əleyhi səlam) əzadarlıq saxlanıldığı kimi Suriya xalqı da öz növbəsində Əhli Beytə (əleyhim səlam) əza saxlayır.
Belə ki, Suriyanın şimalında yerləşən və terrorçu qüvvələrin mühasirəsində olan Fuə və Kəfriyya Şiələri İmam Hüseynə (əleyhi səlam) möhtəşəm əzadarlıq ediblər.
Qeyd edək ki, 40 min əhalisi olan Fuə və Kəfriyya şəhərləri uzun müddətdir ki, sionist yönlü vəhhabi terrorçularının mühasirəsi altındadır.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır