Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əl Qaidə terror təşkilatının lideri Ayman əl-Zəvvari İŞİD və Bağdadini “tanımadığını” açıqlayıb.
Ayman əl-Zəvvari video yayımlayaraq İŞİD və Bağdadinin fəaliyyətini “qeyri-qanuni” adlandırıb:
“Əl Qaidə İŞİD-lə razılaşmağa çalışsa da, Əbubəkr əl Bağdadi bütün təklifləri rədd edir. Biz, bu xəlifəliyi tanımırıq”.
Xatırladaq ki, uzun müddətdir açıqlama vermədiyi üçün Əl Qaidə liderinin öldüyü barədə məlumatlar yayılmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır