Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD üzvləri neft pulları ilə Türkiyəyə qaçır - İDDİA
Suriyanın Haseke bölgəsindəki neft quyularına görə cavabdeh olan İŞİD üzvü 4 milyon dollarla yoxa çıxıb
Onun adı açıqlanmayıb.
Məlumata görə, bu hadisə yeni deyil və İŞİD üzvləri imkan tapan kimi əldə etdiyi pullarla təşkilatdan qaçırlar. Belə ki, Suriyanın Deyr-uz Zur bölgəsindəki neft quyuları üzrə cavabdeh olan Amer Əl-Neklavinin də büyük miqdarda pullarla Türkiyəyə qaçdığı bildirilir.
Bundan başqa, Suriyanın Əl-Meyadin şəhərinin maliyyə məsələləri üzrə cavabdeh şəxsi Əbu Ubeyd Əl-Misri mağazalar və xalqdan topladığı 4 milyon dolları oğurlayaraq qaçıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır