16 avqust 2015 - 12:17
Şimali Koreya ABŞ-ı hədələdi

Koreya Xalq Demokratik Respublikasının təhdidləri Cənubi Koreyanın hər il Birləşmiş Ştatlarla keçirdiyi birgə təlimlərlə bağlıdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şimali Koreya ABŞ-ı "indiyə qədər dünyaya məlum olmayan hücum vasitəsi"lə hədələyib.
Koreya Xalq Demokratik Respublikasının təhdidləri Cənubi Koreyanın hər il Birləşmiş Ştatlarla keçirdiyi birgə təlimlərlə bağlıdır.
KXDR-nın Milli Müdafiə Komitəsinin mətbuat katibi bildirib ki, təlimlər zamanı Cənubi Koreya və ABŞ-ın hərbi gücünün artması Şimali Koreyanı onlara cavab vermək məcburiyyətində qoyur.
ABŞ Dövlət Departamenti, öz növbəsində qeyd edib ki, "təlimlər tamamilə şəffafdır və müdafiənin möhkəmləndirilməsinə yönəlib. Şimali Koreyanın hərbi idarəsində qonşu ölkədə keçiriləcək tədbirləri təhlükə hesab edərək, "nə nüvə silahı, nə də tüfənglə deyil, məhz indiyə qədər dünyaya məlum olmayan son hücum və müdafiə vasitəsilə müqavimət göstərəcəkləri" ilə hədələyirlər".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır