30 iyun 2015 - 11:42
Misirin baş prokuroru terror edildi – Foto

Hadisədən sonra “Əl Muqaviməti Əl Şəbiyyə” (Cavanların Müqaviməti) adlı sələfiəqidəli qruplaşma bəyanat yayımlayaraq baş vermiş terror aktının məsuliyyətini öhdəsinə götürüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin baş prokuroru Huşam Bərəkat Qahirənin Nəsr məntəqəsində terror edilib.

O, maşınının alt hissəsinə yapışdırılmış maqnitli bombanın partlaması nəticəsində ağır yaralanaraq Nəzhətul Dovli xəstəxanasına yerləşdirib. Lakin prokuror aldığı ağır yaralar nəticəsində xəstəxanada dünyasın dəyişib.

Hadisədən sonra “Əl Muqaviməti Əl Şəbiyyə” (Cavanların Müqaviməti) adlı sələfiəqidəli qruplaşma bəyanat yayımlayaraq baş vermiş terror aktının məsuliyyətini öhdəsiə götürüb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır