5 iyun 2015 - 11:14
Kerrinin snayperlə vurulduğu deyilir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin hesabatına görə, ABŞ-ın dövlət katibi Con Kerriyə yüksək səviyyəli İŞİD komandiri ilə Fransada keçirdiyi görüş zamanı sui-qəsd edilib. Bir snayperinin hədəfi olan Kerrinin yarasının ağır olduğu hesabatda yer alıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya Xarici Kəşfiyyat Xidmətinin hesabatına görə, ABŞ-ın dövlət katibi Con Kerriyə yüksək səviyyəli İŞİD komandiri ilə Fransada keçirdiyi görüş zamanı sui-qəsd edilib. Bir snayperinin hədəfi olan Kerrinin yarasının ağır olduğu hesabatda yer alıb.

 Con Kerrinin Fransada görüşdüyü komandir isə Tacikistanın keçmiş Xüsusi Qoşunlar komandiri Murad Halimevdir. Halimevin Amerika tərəfindən yetişdirildiyi və maliyələşdirildiyi bildirilir.
Gələn xəbərlərə görə, Amerika rəhbərliyi altındakı beynəlxalq koalisiya İŞİD problemi ilə bağlı toplaşdığı 2 iyundan əvvəl Con Kerri Halimevlə görüşüb, həll yolu tapmaq məqsədilə Fransada danışıqlar aparıblar. Ancaq hər hansı bir həll yolu tapılmayıb. Con Kerri isə bu görüşdə açıq şəkildə sui-qəsdə məruz qalıb.
Qeyd edək ki, məlumatın nə dərəcədə həqiqəti əks etdirdiyi bilinmir. Rəsmi açıqlamada isə Kerrinin velosipeddən yıxılaraq qolunun əzildiyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır