21 may 2015 - 14:36
Xanım M. Əfxəm: “Şeyx Numurun edamı təhrikamizdir!”

Xanım Mərziyyə Əfxəm: “Bu günə kimi qeyd olunan məsələ ilə bağlı yayımlanan xəbərlər bütövlükdə rəsmi bir orqan tərəfindən öz təsdiqini tapmayıb. Biz bu mövzuya çox həssas yanaşırıq və ümüd edirik ki, belə bir iş qabağa çıxmaya... Əgər belə bir hadisə təsdiqini taparsa bütün İslam Dünyası ayağa qalxacaq. Bu iş tamamilə təhrikedici bir məsələdir. Biz ümüd edirik ki, bu yalnış bir xəbər olsun. Səudi Ərəbistan məsulları çalışmalıdırlar ki, İslam Dünyasında hətta beynəlxalq aləmdə belə bir hadisənin şahidi olmayaq.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Xanım Mərziyyə Əfxəm ötən gün keçirtdiyi media konfransında jurnallistlərin bir sıra sualları cavablandırıb.

İran İslam Respublikasının nüvə danışıqları barəsində qarşı dövlətlərin qərarsızlıqlarına dair danışan Xanım Mərziyyə Əfxəm daha sonra Şiə aliminin Səudi Ərəbistan rejimi tərəfindən zorakılıqla həbs edilməsi və edama məhkum olunmasına dair verilən sualları da cavablandırıb.

XİN-n sözçüsü “Ayətullah Numura edam hökmünün verilməsi xəbəri rəsmən təsdiqini tapıbmı və doğru olduğu sürətdə nə kimi hadisələr baş verə bilər?” sualına belə cavab verib: “Bu günə kimi qeyd olunan məsələ ilə bağlı yayımlanan xəbərlər bütövlükdə rəsmi bir orqan tərəfindən öz təsdiqini tapmayıb. Biz bu mövzuya çox həssas yanaşırıq və ümüd edirik ki, belə bir iş qabağa çıxmaya.”

Xanım Mərziyyə Əfxəmi daha sonra Ərəbistan dövləti tərəfindən belə bir addımın təhlükəli və qızışdırıcı olduğuna işarə edərək bildirib: “İran İslam Respublikası boynuna düşən öhdəliklərə əsasən adiatlı orqan rəsmiləri, müxtəlif təşkilatlar, təsir göstərmək qabiliyyətinı malik olan şəxslər və s. yerlərə müraciət edərək, edam hökmünün icrasının qarşısını almağa çalışır.”

İran İslam Respublikasının Xarici İşllər Nazirliyinin sözçüsü daha sonra deyib: “Xarici İşlər Nazirliyinin nümayəndələri adiatlı məsul şəxslərlə daim əlaqədədirlər ki, edam hökmü rəsmi təsdiqini tapdığı sürətdə hökmün qarşısı alna bilsin.”

Xanım Mərziyyə Əfxəm sonra deyib: “Əgər belə bir hadisə təsdiqini taparsa bütün İslam Dünyası ayağa qalxacaq. Bu iş tamamilə təhrikedici bir məsələdir. Biz ümüd edirik ki, bu yalnış bir xəbər olsun. Səudi Ərəbistan məsulları çalışmalıdırlar ki, İslam Dünyasında hətta beynəlxalq aləmdə belə bir hadisənin şahidi olmayaq.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır