Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 27 insan haqları təşkilatı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzv və müşahidəçi dövlətlərə ünvanlanmış birgə məktub yayıb. Onlar Bəhreyndə insan haqlarının vəziyyətindən narahat olduqlarını bildiriblər.
Bu məktub İnsan Hüquqları Şurasının 59-cu sessiyası ilə eyni vaxtda və Qurban bayramı ərəfəsində dərc olunub. Və məqsədi vəhhabi Ali-Xəlifə rejiminin həbsxanalarında özbaşına saxlanılan fəalların və dissidentlərin hüquqlarının ciddi şəkildə pozulmasını işıqlandırmaqdır.
Qey olunan təşkilatlar tanınmış hüquq müdafiəçilərinin, bloggerlərin, jurnalistlərin, din xadimlərinin, müxalif siyasi fəalların və edam cəzasına məhkum edilmiş məhbusların həbsinin davam etdirilməsini əsas gətirərək, bu şəxslərin bir çoxunun qaçılmaz edam təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.
Məktubda vurğulanır ki, Bəhreyndə azad olunan son məhbuslar arasında heç bir siyasi məhbus və ya insan haqları müdafiəçisi yoxdur və buna görə də bu şəxslərin səhhəti və hüquqi statusu ilə bağlı ciddi narahatlıqlar var.
Ali Xəlifə vəhhabi rejiminin zindanlarındakı siyasi məhbuslar arasında olanlardan bəzilrinin adları belədir:
“Əbdül Hadi Əl-Xəvaca (64 yaş), doktor Əbdül Cəlil Əl-Sinakis (63 yaş), professor Həsən Müşaimə (77 yaş), Şeyx Məhəmməd Həbib Əl-Miqdad (62 yaş), Şeyx Əli Salmanın (60 yaş) adı çəkilir.”
Məktubda bildirilir ki, hazırda Bəhreyndə 26 nəfər edamını gözləyir, onlardan ən azı 11-i ya ədalətsiz məhkəmələr zamanı və əsasən də işgəncə altında əldə edilən etiraflara görə edama məhkum ediliblər.
Bu şəxslər arasında on ildən artıqdır ki, heç bir məhkəmə prosseduru olmadan həbsdə saxlanılan Məhəmməd Ramazan və Hüseyn Musa adlı şəxslər də vardır.
Sizin rəyiniz