Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ayətullah Abdullah Cavadi Amoli İraqda elmi və ziyarət səfərini davam etdirərək, müqəddəs Nəcəf şəhərində Ayətullah Seyid Əli Sistani cənabları ilə görüşüblər. Səmimi və mənəvi atmosferdə keçən bu görüş İslam dünyasında mühüm dini, mədəni və sosial məsələlərin müzakirəsinə həsr olunub.
Görüşdə Ayətullah Cavadi Amoli Ayətullah Sistaninin elmi və mənəvi mövqeyini, İslam ümmətinin vəhdətinin qorunmasında və xüsusi ilə də Şiə icmalarının hidayət olunmasındakı misilsiz rolunu yüksək qiymətləndirib. Ayətullah Sistani də bu görüşdən məmnunluğunu bildirib və Ayətullah Cavadi Amolinin elmi və təfsir sahəsindəki xidmətlərini yüksək qiymətləndirib.
Daha sonra Ayətullah Cavadi Amoli öz dəyərli təfsirinin 80 cilddən ibarət olan “Təsnim” kitabının tam cildini Ayətullah Sistaniyə təqdim edib və 80-ci cildi şəxsən Zati Alilərinə təqdim edib. Ayətullah Sistani də bu elmi əsəri xüsusi hörmətlə qarşılayıb və qırx illik səyin nticəsində əmələ gələn bu dəyərli elmi əsəri xüsisilə dəyərləndirdi.
Ayətullah Sistani bu davamlı işi yüksək qiymətləndirərək, Təsnim təfsirini şiələr üçün şərəf hesab edib və Quranın dini elmlərdə mərkəz olduğunu vurğulayaraq bildiriblər:
“Əhli-beytin (ə) hədisləri Qurana təqdim edilməlidir və yalnız Qurana uyğun olarsa, onlara etibar və əməl etmək olar.”
O, sözünün davamında dünyada Şiə Elmi Hövzələri arasındakı birliyə vurğulayaraq bildiriblər:
“Qum Elmi Həvzəsinə baxışımız Nəcəf Elmi Hövzəsinə olan baxışımızdan fərqlənmir və biz hər iki Elmi Hövzəyə öz imkanlarımız daxilində xidmət edəcəyik.”
Seyyid Sistani həzrətləri, cənab Cavadi Amolinin əsərləri və elmi şəxsiyyəti ilə önncədən tanış olduğun toxunaraq əlavə edib:
“Sizin haqqınızda, elmi əsərləriniz haqqında çox eşitmişdik, amma eşitmək hara, görmək hara?”
Ayətullah Cavadi Amoli görüşün başqa bir hissəsində Ayətullah Sistaninin mövqeyini yüksək qiymətləndirərək qeyd ediblər:
“Siz, Zatı Aliləri Şiələrə və İraq xalqına mehriban və mərhəmətli ata kimisiniz. Sizin varlığınız İslam dünyası üçün böyük nemətdir.”
O, həmçinin İraqın ictimai sisteminin qorunub saxlanmasında və təkfirçi hərəkatlarla qarşıdurmasında Mərcəiyyətin və Müctehidlərin Hakimiyyət rolunu tarixi və qalıcı adlandırıb və əlavə edib:
“Nəcəf Elmi Hövzəsi istər birbaşa, istərsə də dolayısı ilə İslam ümməti üçün böyük nemətlər mənbəyi olmuşdur.”
Qeyd edək ki, iki Ali Təqlid Mərcəsi arasındakı bu görüş media və Elmi Hövzələrin dairələri tərəfindən maraqla qarşılanmış və diqqətə layiq görülmüş, elmi konvergensiya və dini qurumların birliyi istiqamətində mühüm addım kimi qeyd edilmişdir.
Sizin rəyiniz