Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp çıxışında deyib: “Yəməndə husilərlə yaxşı nəticələr əldə etdik. Biz yəmənlilərin gəmilərə hücum etməkdən çəkinmək vədinə hörmət edirik.”
O, daha sonra xatırladıb: “Yəmənlilər gəmilərə hücum etməyəcəyinə söz veriblər və biz bu öhdəliyə hörmət edirik.”
Tramp ABŞ və Britaniyanın Yəmənlə münaqişədəki uğursuzluqlarına məhəl qoymadan davam ediərək iddia edib: “Yəmənlilərə ağır zərbələr endirdik, lakin onlar bizim cəzamıza tab gətirə bildilər.”
O, yəmənlilərin güc və şücaətini etiraf edərək əlavə edib: “Yəmənlilər böyük şücaət göstərdilər. Onların çox cəsarətli olduğunu deyə bilərsiniz. Amma biz onların öhdəliklərinə və vədlərinə hörmət edirik. Onlar bizə söz verdilər ki, bir daha gəmilərə atəş açmayacaqlar və biz bu sözə hörmətlə yanaşırıq.”
Sizin rəyiniz