5 may 2025 - 23:20
Yəmən Silahlı Qüvvələri faşist İsrail rejimin hava mühasirəsinə başladığını elan edib

Yəmən silahlı qüvvələri bir bəyanat yayaraq, Fələstin xalqına dəstək məqsədilə qaniçən yəhudi rejiminin hava limanlarına dəfələrlə hücum edəcəklərini və rejimə qarşı hava blokadası keçirəcəklərini açıqlayıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən silahlı qüvvələri faşist İsrail rejiminin Qəzzaya qarşı hərbi əməliyyatları genişləndirmək qərarına cavab olaraq bu rejimi hava blokadasına salacağına başlayacaqlarını açıqlayıb.

Açıqlamada qeyd olunub ki, bu hücumlarda əsas diqqət uşaq qatili, faşist İsrail rejiminin hava limanları, xüsusilə Ben-Qurion Beynəlxalq Hava Limanı olacaq.

Bəyanatda həmçinin beynəlxalq aviaşirkətlərə sərnişinlərin və donanmaların təhlükəsizliyini qorumaq üçün faşist rejiminin hava limanlarına uçmaqdan çəkinmələri və edilən xəbərdarlıqları ciddi qəbul etmələri barədə xəbərdarlıq edilib.

Yəmən silahlı qüvvələri vurğulayıblar ki, Yəmən xalqı azad, sevimli və müstəqil bir ölkədir və təcavüzkar siyasətlər, ərəb xalqlarına, xüsusilə Livan və Suriyaya öz iradəsini tətbiq etmək cəhdləri qarşısında səssiz qalmayacaqlar.

Bəyanatda deyilir: “Bu xalq heç vaxt düşmənlə üz-üzə gəlməkdən qorxmayıb və təslim olmayacaq. Allah yardımçımızdır və qələbə Yəmən millətinə və İslam Ümmətinin bütün azad xalqına məxsusdur.”

Sizin rəyiniz

You are replying to: .
captcha