29 aprel 2025 - 06:22
İspaniya faşist İsrail rejiminə qarşı verdiyi embarqo vədinə baxmayaraq, sionist rejimlə hərbi müqavilələr imzalayır

Uşaq qatili İsrail rejimi ilə silah ticarəti etməyəcəyinə dair verdiyi vədinə baxmayaraq, İspaniya faşist İsrail rejiminin şirkətləri ilə 1,45 trilyon avroluq hərbi müqavilələr imzalayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Barselonada yerləşən Center Delas tədqiqat mərkəzi (şimal-şərqi İspaniya) tərəfindən dövlət satınalma platformasında dərc edilən məlumatların təhlili göstərir ki, İspaniya krallığ rejimi sionist rejimin Qəzza zolağına təcavüzünə başladığı 2023-cü ilin oktyabr ayından faşist İsrail rejiminin hərbi şirkətlərinə təxminən 1,45 milyard avro (1,2 milyard dollar) dəyərində 46 müqavilə imzalayıb.

Qeyd edək ki, İspaniya krallığı tərəfindən atılan bu cinayətkar addımı, qansız İsrail rejiminin Qəzzadakı müharibəsini kəskin tənqid edən İspaniyanın Baş naziri Pedro Sançesin İsraillə silah alveri etməyəcəyinə söz verməsinə baxmayaraq baş verir.

Sizin rəyiniz

You are replying to: .
captcha