26 aprel 2025 - 21:30
Bəndər Abbasda baş verən partlayışın ilk görüntüləri / Partlayış səsi ətraf şəhərlərdə də eşidilib

Partlayış inzibati binada baş verib. İnzibati bina tamamilə sıradan çıxıb. 1000-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün zöhr radələrində İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai Limanında güclü partlayış baş verib, səbəbi hələlik məlum deyil.

Yerli mənbələrin məlumatına görə, partlayışın intensivliyi o qədər güclü olub ki, ətraf şəhərlərdə də eşidilib.

Məlumatlara görə, partlayış inzibati binada baş verib. İnzibati bina tamamilə sıradan çıxıb. 1000-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha