Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Ənsar Əllah Hərakatının Lideri Seyyid Əbdül Məlik əl-Husi cənabları vurğulayıb: Amerika düşməni bu ay Yəmənə qarşı 900 hava və dəniz hücumu həyata keçirib. Bununla belə, Yəmən silahlı qüvvələri Amerikanın 19 MQ-9 pilotsuz təyyarəsini vurmağa nail olub.
Yəmən Silahlı Qüvvələri Qəzzaya təcavüzün yenidən başladılmasından sonra düşmənə qarşı 33 döyüş, 122-dən çox pilotsuz təyyarə və raket əməliyyatı həyata keçirib. ABŞ tərəfindən təyyarədaşıyıcıların ardıcıl şəkildə Qırmızı dəniz və Hind Okeanında yerləşdirilməsi əvvəlki aviadaşıyıcıların effektiv olmadığını göstərir.
Yəmənin Ənsar Əllah hərəkatının lideri daha sonra qarşılıqlı istehza ilə qeyd edib: Hipersonik və Zülfiqar raket əməliyyatlarımız yəhudilərin Pasxa bayramına təsadüf etdi və bu Bizin sionist cinayətkarlarına hədiyyəmiz idi.
O, daha sonra vurğulayıb: 171 ballistik və idarə olunan raketlər, hipersəs raketləri və pilotsuz uçuş aparatlarından istifadə etməklə bu ay keçirdiyimiz əməliyyatların sayı 78-ə çatıb. 122 raket və pilotsuz təyyarə ilə Amerika təyyarədaşıyıcılarına qarşı 33 əməliyyat keçirmişik.
Cənab Seyyid Əbdül Məlik əl-Husi amerikalıların Yəmənlilər qarşısındakı çarəsizliklərinə işarə edərək bildiriblər: Amerikalıların Hind okeanındakı bazasına, 4 min kilometr uzaqlıqda geri çəkilmələri onların hücumlarının uğursuzluğunun əlaməti hesab olunur. Truman təyyarə daşıyan gəmisi isə artıq müdafiə qınına çəkilib.
Ənsar Əllah Müqavimət Hərakatının Lideri sonda Trampın Yəmənlilərin tərəqqisindən heyrətə gəldiyini bildirərək qeyd edib: Trampın Yəmən Xalqının raketlər yaratması ilə bağlı heyrətini etiraf etməsi onların bu raketlərin Yəmən daxilində və Yəmənlilər tərəfindən hazırlandığını etiraf etdiyini göstərir.
Sizin rəyiniz