19 aprel 2025 - 22:11
Yəmən Silahlı Qüvvələri İsrailin Qəlbinə Raket Hücumunu Başladı / Təl-Əvivdə xəbərdarlıq sirenləri eşidildi

Yəməndən atılan raketdən sonra Təl-Əviv və işğal olunmuş Qüdsdə xəbərdarlıq sirenləri eşidilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Uşaq qatili İsrail faşist rejim mediası cümə günü Yəməndən miqrant cühüdlərin işğal etdikləri ərazilərə doğru raket atıldığını və işğal olunmuş ərazilərin xeyli hissəsində xəbərdarlıq sirenlərinin işə salındığını bildirib.

Siren səsləri işə salındığı kimi minlərlə cühüd miqrant sığınacaqlara üz tutub. Hücum xeyli sayda yəhudi sakinlərni dəhşətə gətirib.

Bəzi media orqanları yəhudi İsrail rejiminin müdafiə sistemlərinin Yəməndən atılan raketə qarşı durmağa çalışdığını yazıb. Faşist İsrail rejim ordusu isə Yəməndən atılan raketi ələ keçirdiyini iddia edib.

Qeyd edək ki, Yəmən Silahlı Qüvvələri bu günə kimi verdikləri çoxsaylı bəyanatlarda Qəzza zolağının mühasirəsinə son qoyulana və ABŞ-ın hücumları dayandırılana qədər anti-sionist və anti-ABŞ və anti-İngilis əməliyyatlarının davam edəcəyini açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha