10 aprel 2025 - 11:12
ABŞ işğalçı qüvvəlrinin Yəmənin qərbinə hücumunda 25-dən çox mülki vətəndaş şəhid olub və yaralanıb

ABŞ işğalçı qüvvəlrinin Yəmənin qərbində yerləşən Hudeyda vilayətinə növbəti hücumu zamanı mülki vətəndaşlar sırasında şəhid olanların sayı 10-a çatıb, 16-dan çox günahsız adam yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Böyük şeytan ABŞ işğalçı qüvvəlri Yəmənin müxtəlif bölgələrinə amansız hücumlarını davam etdirərək, Yəmənin qərbindəki bəzi yaşayış məntəqələri hədəfə alınıb.

Yəmənin Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ qırıcıları bu dəfə Hudeydə və Dhamar əyalətlərində yaşayış məntəqələrinə hücum edib və nəticədə çoxlu sayda Yəmən vətəndaşı şəhid olub və yaralanıb.

Yəmənin qərbindəki Əl-Hodeyda əyalətinin Əl-Havk bölgəsindəki yaşayış məhəlləsinə edilən aviazərbələr nəticəsində 4 mülki şəxs şəhid olub, bir neçə nəfər yaralanıb, insanların evlərinə və əmlakına külli miqdarda ziyan dəyib.

Yəmənin Səhiyyə Nazirliyinin məlumatına görə, Amerikanın Hudeydə əyalətinin Muqbil şəhərinin yaşayış məntəqəsinə hücumu nəticəsində şəhid olanların sayı 6 nəfərə, yaralıların sayı isə 16 nəfərə çatıb və itkilərin sayının artacağı təxmin edilir.

Yəmənin Səhiyyə Nazirliyi Müqbil yaşayış məntəqəsində ABŞ-ın cinayətkar hücumları nəticəsində şəhid olanlar arasında üç uşaq və iki qadının olduğunu açıqlayıb.

ABNA Xəbər Agentliyi

Sizin rəyiniz

You are replying to: .
captcha