6 aprel 2025 - 18:41
Qəzzada hər gün ən azı 100 uşağın öldürülməsi və yaralanması dəhşətlidir.

UNRWA komissarı deyib: İsrailin hücumları yenidən başladıqdan sonra Qəzza zolağında gündə ən azı 100 uşaq öldürülür və yaralanır. Bu isə dəhşətlidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, UNİCEF-in məlumatına görə, İsrailin hücumlarının bərpasından sonra Qəzza zolağında hər gün ən azı 100 uşaq öldürülür və yaralanır. Bu isə dəhşətlidir.

Əl-Cəzirə-nin məlumatına görə, Lazzarini müharibə başlayandan bəri Qəzzada 15 min uşağın həyatını itirdiyinə diqqət çəkərək deyib: Müharibə Qəzzanı uşaqlar üçün qadağan zonaya çevirib.

O, bəyan edib: Bu ilin əvvəlində əldə edilən atəşkəs Qəzzanın uşaqlarına sağ qalmaq şansı verdi, lakin İsrail müharibəni yenidən başlatdıqdan sonra Qəzza körpələrinin uşaqlığı bir daha onların əlindən alındı.

Uşaqların hər yerdə öldürülməsinin haqsız olduğunu vurğulayan UNRWA komissarı Qəzzada baş verənləri bəşəriyyətin vicdanına ləkə kimi səciyyələndirib və bu zolaqda dərhal atəşkəsə çağırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha