Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ayətullah Seyid Yasin Musəvi cümə namazı xütbələrində dünyanın ən mühüm iqtisadi və siyasi məsələlərini araşdıraraq, Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın son siyasətlərinin qlobal iqtisadiyyata, xüsusən də inkişaf etməkdə olan və yoxsul ölkələrə təsirini açıqlayıb.
O, Trampın yeni iqtisadi tarifləri təsdiq etməsinə toxunaraq qeyd edib: Bu siyasətlər Amerikanın iqtisadi üstünlüyünü möhkəmləndirmək üçün nəzərdə tutulub və inkişaf etməkdə olan ölkələri asılılıq dövrəsində saxlayaraq, Avropa və Çinin iqtisadiyyatlarını zəiflədə bilər.
Bağdad İmam Cüməsi həmçinin xəbərdarlıq edib ki, bu siyasətlər cəmiyyətlərin sabitliyinin əsasını təşkil edən orta təbəqəyə birbaşa mənfi təsir edir və mövcud iqtisadi sistem zənginlərlə yoxsullar arasında genişlənən uçuruma təkan verir...
Nəcəf Elmi Hövzəsinin tanınmış İran İslam Respublikasının Qərb tərəfindən iqtisadi blokadaya alınmasına toxunaraq əlavə edib: Bu gün dolların dəyəri yüz min tümənə çatıb, lakin buna baxmayaraq, İran öz xalqı üçün qabaqcıl infrastruktur və geniş xidmətlər göstərib. Təəssüf ki, Qərb və Ərəb mediası faktları təhrif etməklə İran xalqı arasında ümidsizlik yaymağa çalışır.
O, çıxışının başqa bir hissəsində siyasi prosesləri təhlil edərək vurğulayıb: Amerika hökumətləri devirmək və yeni böhranlar yaratmaqla Qərbi Asiyanın xəritəsini dəyişdirmək əzmindədir və sionist rejimdən bu məkirli məqsədini həyata keçirmək üçün bir alət kimi istifadə edir.
O, həmçinin Qəzza, Yəmən və Suriyada gərginliyin artmasına işarə edərək, Türkiyə və sionist rejimin Suriyanın bəzi hissələrini işğal etməkdə və ölkədə yeni münaqişələr yaratmaqda dağıdıcı rolunu tənqid edib.
Ayətullah Musəvi ABŞ-ın Yəmənə hücumlarına toxunaraq, ABŞ-ın Yəməndəki hərbi strategiyasını uğursuzluq kimi qiymətləndirərək deyib: Amerikalılar raket zərbələri ilə Yəmənin müdafiəsini məhv edə biləcəklərini düşünürdülər, lakin bu missiyada tamamilə uğursuz olduqlarını tez anladılar. Bu uğursuzluqdan sonra onlar Yəmənin ABŞ hərbi donanmasına hücumunun qarşısını almaq üçün İranı hədələməyə başladılar. Amma bilinməlidir ki, Amerikanın İrana qarşı hərbi təhdidləri səmərəsizdir, çünki İslam Respublikası elə bir çəkindirici gücə malikdir ki, Amerikanın regiondakı bazalarını və sionist rejimini məhv edə bilər.
Sizin rəyiniz