Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslami Müqavimət Hərəkatı HƏMAS ABŞ və Avropanın Əl-Əqsa peyk şəbəkəsinin bütün beynəlxalq peyklərdən çıxarılmasına dair birgə qərarını kəskin şəkildə pisləyib və bunu media azadlığının və Fələstin xalqının öz səsini dünyaya çatdırmaq üçün qanuni haqqının açıq şəkildə pozulması adlandırıb.
Həmas bəyanatda əlavə edib:
“Bu qəddar qərar xalqımızın acılarını, işğalçıların cinayətlərini dünyaya çatdıran azad Fələstin mediasına birbaşa hücumdur.
Bu addım düşmənin ifadə azadlığını boğmaq, torpağımıza, müqəddəsliklərimizə qarşı mütəşəkkil terrorizmi ifşa edən bütün platformalara meydanı bağlamaq istiqamətindəki uğursuz cəhdlərinin davamında atılan növbəti uğursuz addımıdır.
Bu, həm də Fələstin həqi qətlərini senzuraya salmaq, beynəlxalq media və jurnalistlərin Qəzzaya daxil olmasını əngəlləmək, bölgədə çalışan jurnalistləri qəsdən və ardıcıl olaraq hədəf almaq cəhdidir.
Biz medianı və beynəlxalq xəbər və mətbuat qurumlarını bu qərarı pisləməyə və işğal rejiminin beynəlxalq hüquqa və humanitar prinsiplərə zidd davam edən pozuntularının ifşa edilməsində rollarını gücləndirməyə çağırırıq.”
Hərəkat həmçinin vurğulayıb: “İşğalçıların senzura və reallığı təhrif etmək cəhdləri iflasa uğrayacaq. Müqavimətin səsi canlı qalacaq və Fələstin xalqının azadlıq və qayıdış kimi qanuni hüquqlarını ifadə edəcək.”
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz