Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Francesca Albanese Əl-Cəzirə telekanalına verdiyi müsahibəsində vurğulayıb: “İsrail Fələstin torpaqlarının qalıqlarına nəzarət etməyə çalışır.”
O, İordan çayının qərb sahilində baş verən son hadisələrə toxunaraq deyib: "İsrailin bu bölgədə gördüyü iş, daha əvvəl Qəzzada istifadə etdiyi üsuldur".
Albanesenin sözlərinə görə, İordan çayının qərb sahilinin sakinləri Qəzza əhalisinin yaşadığı eyni səviyyədə zorakılıq və repressiya ilə üzləşirlər.
O, İsrailin siyasətlərinin həyata keçirilməsi üçün hər hansı hərbi əməliyyatlarına bəraət qazandırmağı rədd edərək bildirib: “İnsanların suya çıxışının qarşısını almaq üçün heç bir hərbi müdaxiləyə səbəb yoxdur”.
BMT-nin xüsusi məruzəçisi həmçinin vurğulayıb: İordan çayının qərb sahilində və Şərqi Qüdsdə militarizasiyaya da ehtiyac yoxdur.
O, faşist İsrail rejiminin hərəkətlərini beynəlxalq hüququn açıq şəkildə pozulması hesab edib və uşaq qatili olan sionist rejimi beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməyə çağırıb.
Albanese həmçinin xəbərdarlıq edib ki, qeyri-leqal İsrail rejimi Fələstin xalqını dini öhdəliklərindən və ibadətlərindən məhrum etməməlidir.
BMT rəsmisi Fələstinin İsrail işğalına münasibətinə toxunaraq deyib: Fələstinlilər həm müqavimət yolunu sınadılar, həm də beynəlxalq təşkilatlara müraciət etdilər.
O, sonda beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü dayandıra bilməməkdə günahlandırıb və bu hərəkətlərin davam etməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz