13 mart 2025 - 06:37
Qurandan hekayələr; Təfəkkür və düşünmək üçün bir yer \ Müasir insan üçün ibrət dərsi (4)

Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir. (Yusuf/111)

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:

1. Əraf əhli, behişt əhli və cəhənnəm əhli.

Qiyamət günü cənnət, cəhənnəm və Əraf əhli Allahın rəhmətindən və əzabından danışacaqlar (Əraf: 44-51).

2. Həzrət Nuh (əleyhi səlam) və onun qövmü

Nuh (əleyhi salam) qövmünü Tək Allaha ibadət etməyə çağırdı, lakin onlar inkar etdilər və suda boğuldular (Əraf, 59-64).

3. Hud peyğəmbər (əleyhi salam) və Ad qövmü

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۚ ...

Hz. Hud (əleyhi salam) peyğəmbər Ad qövmünü tövhidə dəvət etdi, lakin onlar inkar etdiklərinə görə cəzalandırıldılar (Əraf: 65-72).

4. Həzrət Saleh (əleyhi salam) və Səmud qövmü

Hz. Saleh (əleyhi salam) peyğəmbər Səmud qövmünü Allaha ibadət etməyə dəvət etdi, lakin onlar itaət etmədilər və əzaba düçar oldular (Əraf, 73-79).

5. Həzrət Lut (əleyhi salam) və onun qövmü

Hz. Lut (əleyhis-salam) peyğəmbər qövmünü əxlaqi pozğunluğun pis aqibətindən xəbərdar etmişdir; Lakin onlar itaət etmədilər və cəzalandırıldılar (Əraf, 80-84).

6. Şüeyb peyğəmbər (əleyhi salam) və Mədyən əhli

Hz. Şüeyb (əleyhi salam) peyğəmbər Mədyən əhalisinə iqtisadi fəsad və zülm etməyi qadağan etdi. Lakin onlar öz peyğəmbərlərini təkzib etdilər və əzaba düçar oldular (Əraf, 85-93).

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha