Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:
1. Ühüd döyüşünün gedişatı
Allah Ühüd döyüşündə müsəlmanları imtahana çəkdi və onlar həm qələbə, həm də məğlubiyyət yaşadılar (Ali İmran/121-132).
2. İsanın (əleyhis-səlam) göylərə qalxması
Bəni-İsrail əhdi pozaraq İsanı (əleyhis-salam) öldürdüklərini zənn etdilər, Allah isə onu Öz hüzuruna qaldırdı (ən-Nisa/153-161).
3. Musa və İsrail övladlarının itaətsizliyi
Bəni-İsrail Musanın (əleyhi səlam) İlahi əmrinə tabe olmadılar və onun lənətinə düçar olaraq, 40 il biyabanlarda sərgərdan oldular və əzab çəkdilə. (Maidə 20-26).
4. Qabilin həsadətliyi
Habil və Qabil Allaha qurban gətirdilər; Lakin Qabilin, qardaşı Habilin qurbanının qəbul olunmasına olan həsadətliyi qardaşını öldürməsinə səbəb oldu (Maidə: 27-31).
5. Həvarilərin Səmavi Yemək istəməsi
Həvarilər ürəklərini sakitləşdirmək üçün İsadan (əleyhis-salam) səmavi yemək istədilər və Allah onu nazil etdi (Maidə/112-115).
6. Həzrət İbrahim (əleyhi səlam) və Ulduzpərəstlər
Həzrət İbrahimin (əleyhis-salam) ulduzları, ayı və günəşi müşahidə etməsi onun müşriklərlə mübahisəsinə əsas verdi və onları düşündürdü (Ənam/74-83).
7. Şeytanın qovulması
Şeytan təkəbbür göstərdiyinə və Adəmə səcdə etmədiyinə görə cənnətdən qovulmuş və insanları azdırmaq üçün Allah Təaladan qiyamətə qədər möhlət istədi. Lakin Allah Təala ona müəyyən bir vaxta qədər (İmam Zaman ağanın zuhur edəcəyi günə qədər) möhlət verdi (Hicr: 29-38).
8. Adəmin (əleyhi səlam) cənnətdə məskunlaşması
Allah Təala Hz.Adəmi və onun zövcəsi Hz. Həvvanı cənnətdə yerləşdirdi və onlara müəyyən bir ağacın meyvəsindən yeməyi qadağan etdi. Lakin onlar şeytanın vəsvəsəsinə uyaraq ondan yedilər (Əraf, 19-25).
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz