10 mart 2025 - 21:57
Seyid Əbdülməlik Əl-Husi: Təkfirçi qrupların Suriyadakı cinayətləri lənətə məhkumdur / Terrorçular İsrailə bir güllə də atmayıblar

“...Suriyadakı təkfirçi qruplar yüzlərlə müdafiəsiz mülki vətəndaşı qətlə yetirirlər. Bu qruplar öz cinayətlərini videoya çəkir, sosial şəbəkələrdə yerləşdirir və sonda öz vəhşiliyi ilə öyünürlər...”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının liderinin sözlərinə görə, təkfirçi qruplar Amerika və Avropaya arxalanaraq cinayətlər törədirlər, çünki Amerika və Avropa onlara istədikləri cinayəti törətmək üçün ixtiyar verib.

Seyyid Əbdülməlik Əl-Husi cümə axşamı gecə etdiyi çıxışında Suriyadakı mövcud hadisələrlə bağlı deyib:

“Suriyadakı təkfirçi qrupların cinayətləri lənətlənir və hər kəs onları qınamalı, vicdan sahibi olan hər kəs bu cinayətlərin qarşısını almaq üçün çalışmalıdır.”

Əl-Husi təkfirçi qruplar tərəfindən dinc sakinlərin vəhşicəsinə öldürülməsini tənqid edərk deyib:

“Təkfirçilərin maliyyə, siyasi və hərbi sponsorları bu qruplaşmaların ortaqlarıdır. Suriyadakı təkfirçi qruplar yüzlərlə müdafiəsiz mülki vətəndaşı qətlə yetirirlər. Bu qruplar öz cinayətlərini videoya çəkir, sosial şəbəkələrdə yerləşdirir və sonda öz vəhşiliyi ilə öyünürlər.”

Ənsarullah lideri vurğulayıb ki, ABŞ və İsrail rejimi özlərini Suriya xalqının xilaskarı və dəstəkçisi kimi göstərməyə çalışırlar:

“Təkfirçilər (Qolani r vəejimi və ona bağlı ünsürlər) Suriyanın ictimai quruluşunu parçalamaqla İsrail və Amerika rejimlərinə ən böyük xidməti göstərirlər.”

Yəmənin Ənsarullah lideri deyib:

“İsrail (rejim) Sveydada druzlara (Suriyadan ayrılmaq üçün) dəstək verir. Təkfirçi qruplar isə onlara zərər vurmağa belə cəsarət etmirlər. Suriyanın digər sakinləri isə kürdlər və druzlar kimi ABŞ və İsrail tərəfindən dəstəklənmədiyi üçün özlərini təhlükə qarşısında görürlər.”

Əl-Husi vurğulayıb:

“Suriya xalqının qanı asanlıqla tökülür, Suriya uşaqları isə qətlə yetirilir. İslam və Ərəb dünyasında isə heç kim bu cinayətlərə etiraz etmir.”

Yəmən İnqilabının Rəhbəri təkfirçi qruplarn özlərini “dindar” və “mücahid” qruplar kimi qələmə verdiklərini vurğulayaraq bildirib:

“Bu qruplar müsəlman xalqlarını içəridən parçalayırlar. Onlar müsəlmanların düşmənlərini özlərinin himayədar və xilaskar kimi göstərirlər ki, müsəlmanlar onların işğalını bəyənsinlər. Bu, təkfirçi qrupların Suriyaya nəzarəti ələ keçirdikdən sonra İsrailə bir güllə belə atmamasına baxmayaraq bununla belə, Suriyanın cənubuna hücum ediblər. Təkfirçi qruplar cihadçı deyillər. Və əgər cihadçı olsaydılar, düşmən İsrail ilə üz-üzə gələrdilər. Təkfirçi qruplar özlərini dindar və cihadçı qruplar kimi təqdim edirlər, amma günahsız, sülhsevər insanları öldürmək, xalqı içəridən parçalamaq üçün isə bütün vəhşiliklərini və cinayətkarlıqlarını əsirgəmirlər.”

O, sonda dedi:

“İslam bu təkfirçi qruplardan və onların vəhşiliyindən uzaqdır. Təkfirçilərin regional tərəfdarları öz medialarında təkfirçilərin fərqli görüntüsünü təqdim etmək niyyətində olsalar da, hər şey aydındır.”

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha