4 mart 2025 - 13:19
Qurandan hekayələr; Təfəkkür və düşünmək üçün bir yer, Müasir insan üçün ibrət dərsi / (1)

(Ey Peyğəmbərim!) Bu əhvalatları (onlara) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər! (Əraf/176)

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir. (Yusuf/111)

1. İnsanın Xəlifətullah (İlahi Naiblik) məqamı

Allah mələklərə insanın yer üzündə İlahi Xilafətə təyin olunmasını xəbər verdi və ona adları öyrətdi (Bəqərə, 30-33).

2. Şeytanın təkəbbürü

Allah mələklərə Adəmə (əleyhis-salam) səcdə etməyi əmr etdi, lakin şeytan bundan imtina etdi və təkəbbürlük göstərərək kafirlərdən oldu (Bəqərə, 34).

3. Həzrət Adəmin (əleyhis-səlam) vəsvəsəsi

Həzrət Adəm (əleyhis-səlam) və Həvva (əleyha səlam) cənnətdə yaşamış, lakin şeytanın vəsvəsəsi ilə cənnətdən qovulmuşlar (Bəqərə, 35-36).

4. Həzrət Adəmin (əleyhis-slam) tövbəsinin qəbulu.

Adəm və Həvva (əleyhis-salam) tövbə etdikdən sonra Allah onları bağışladı (Bəqərə, 37-38).

5. Bəni-İsrailin bərəkəti

Allah İsrail oğullarına çoxlu nemətlər bəxş etdi; Lakin bunun müqabilində, onların çoxu bu nemətləri inkar etdi (Bəqərə, 40-61).

6. Firon və ordusunun qərq olması

Allah İsrail övladlarını xilas etmək üçün dənizi yarıb Fironu və ordusunu suya qərq etdi (Bəqərə, 50).

7. İsrail övladlarının danaya sitayişi

Samiri Bəni-İsraili Musa peyğəmbərin (əleyhis-salam) 40 günlük qeybində buzova sitayiş etdirdi. Lakin onlar öz səhvlərini başa düşdülər, tövbə etdilər və Allah onları bağışladı (Bəqərə, 51-54).

8. Şənbə Qanununun pozulması

İsrail övladları şənbə günü balıq tutmamaq qanununu pozdular və həddi aşdılar (Bəqərə, 65-67).

9. Allahın inək kəsmək əmri

Bəni-İsrail inəyin kəsilməsi ilə bağlı İlahi əmri çoxlu suallarla özlərinə mürəkkəbləşdirərək, çətinləşdirdilər (Bəqərə, 67-73).

ABNA Xəbər Agentliyi

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Sizin rəyiniz

You are replying to: .
captcha