1 mart 2025 - 03:16
Ən qədimi fələstinli əsir azad edildi \ Bərğusi qəzzəyə qayıtdı \ Sionist rejimin Sinvar Kabusu

Sionist rejimin 44 il əsirliyində olan “Əl-Bərğusi” ləqəbli Nael əl-Bərğusi əsirlər mübadiləsinin yeddinci mərhələsində azad edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin 44 il əsirliyində olan “Fələstinli Hərbi Əsir” ləqəbli Nael əl-Bərğusi əsir mübadiləsinin yeddinci mərhələsində azad edilib.

 O, ilk dəfə 1978-ci ildə (hicri 1356-cı ildə) cəmi 19 yaşında olarkən əmisi oğlu ilə birlikdə əsir düşmüşdür.

Tanınmış fələstinli hərbçi əl-Bərğusi ailəsindən olan Nael əl-Bərğusi 1987-ci ildə həbs olunduqdan sonra 33 il əsirlikdə qaldı və 2011-ci ildə sionist əsgər Gilad Şalitin azadlığa buraxılması müqabilində ilk mübadilədə faşist İsrail rejim qazamatından azad edildi. Mübarizəsinə Fəthdə başlayıb, 2011-ci ildə azadlığa çıxandan sonra HƏMAS-a qoşulub və 2014-cü ildə yenidən uşaq öldürən sionist rejimi tərəfindən həbs edilib.

Sionist medianın yaydığı xəbərə görə, ailəsi onun deportasiyasına qarşı olduğu halda, Nail əl-Bərquti Misirə sürgün ediləcək və işğal altındakı Fələstində olmasına icazə verilməyəcək.

Sionist rejim 2011-ci ildə mübadilədə azad edilmiş Yəhya Sinvarın təcrübəsinin təkrarlanmasından narahatdır və bu səbəbdən Fələstin siyasi məkanında tanınmış və nüfuzlu məhbusları Misir, Qətər və Türkiyəyə deportasiya etmək istəyir.

 

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!