İranın Ankaradakı səfiri Məhəmməd Fərəzməndin də iştirak etdiyi mərasimdə "Fədakarlıq nişanı" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir-Hüseyn Kulivəndə verilib.
Kulivənd İRİB-in müxbirinə verdiyi müsahibədə İslam İnqilabının Aliməqamlı Rəhbərinin Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə təcili yardım göstərilməsi əmrinə toxunaraq, deyib: "İran Qızıl Aypara Cəmiyyəti İranın şimal-qərbində Xoy şəhərində zəlzələdən zərər çəkənlərə yardımın təmin edilməsində iştirak etdiyi halda, Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə sürətlə xilasetmə qrupu göndərməyə başladı".
Kulivəndin sözlərinə görə, İranın axtarış-xilasetmə qrupları silahlı qüvvələrin əməkdaşlığı ilə sağ qalanların axtarışı, dağıntıların aradan qaldırılması, yardım, xilasetmə və müalicə xidmətlərində effektiv rol oynaya bildilər.
342/