24 aprel 2023 - 02:26
Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 420-yə çatıb

Ümumdünya Səhiyyə Təşkilatı: Toqquşmalar nəticəsində 3,7 min nəfər yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 420 nəfər çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.

Məlumata əsasən, toqquşmalar nəticəsində 3,7 min nəfər yaralanıb.

"Sudanda döyüşlər nəticəsində ölənlərin sayı 420, yaralananların sayı 3700-ə çatıb", - deyə qeyd olunub.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!