17 aprel 2023 - 19:10
Fələstini işğal edən sionist Netanyahu Səudiyyə Ərəbistanı ilə “normal” münasibət və “sülh” istədiyini bildirib

Qeyd edək ki, əliyevlər sülalə rejiminin əksinə olaraq Səudiyyə Ərəbistanı işğalçı İsrail rejimi ilə bu günə kimi heç bir rəsmi diplomatik əlaqələri yoxdur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Beytul Müqəddəsi və Əqsa Məscidini işğal edən sionist İsrail rejimi Səudiyyə Ərəbistanı ilə “normal” münasibət və “sülh” istəyir.

“Haaretz” nəşri xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsey Qraham ilə görüşündə bildirib.

“Biz Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyirik. Bu razılaşma İsrail, Səudiyyə Ərəbistanı, region və dünya üçün möhtəşəm, tarixi nəticələrə səbəb ola bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, əliyevlər sülalə rejiminin əksinə olaraq Səudiyyə Ərəbistanı işğalçı İsrail rejimi ilə bu günə kimi heç bir rəsmi diplomatik əlaqələri yoxdur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!