Rusiyanın Vaşinqtondakı səfiri bəyan edib ki, Bryansk regionundakı hücumlara görə birbaşa ABŞ məsuliyyət daşıyır.
Anatoli Antonov deyib: “Amerika silahlarının hər yeni partiyasında Kiyev cinayətkarları özünü daha toxunulmaz hiss edir. ABŞ-ın dəstəyindən ilham alaraq Bryanskda terror hücumu törədirlər. Mülki şəxsləri vuranların arxasında Vaşinqton dayanır. Qurbanların qanı artıq ABŞ-ın əlindədir”.
Qeyd edək ki, ötən gün ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinə hücum etmişdi.
342/