Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Fələstin mənbələri sionist qüvvələrin
İordan çayının qərb sahilindəki Nablus şəhərinə genişmiqyaslı hücumu və iki fələstinli
döyüşçünün evlərinin tank əleyhinə raketlərlə dağıdılmasının şəkillərini dərc
edərək xəbər veriblər.
Fələstin İslami Cihadın hərbi qolu olan Suraya əl-Qüds, sionist rejimin işğalçı qüvvələrinin bu hücumdan bir saat sonra, Nablus Saraya Əl-Qüds batalyonunun komandiri və qurucularından biri olan 23 yaşlı Məhəmməd Ömər Əbu Bəkr və Nablus Suraya Əl-Qüds batalyonunun digər komandirlərindən biri olan 24 yaşlı Həssam Bəssam Əslimin hücum zamanı sionist əsgərlərlə toqquşmada şəhid olduğunu elan ediblər.
Qeyd edək ki, sionist qüvvələrin Nablus şəhərinə kütləvi hücumu zamanı 10 fələstinli şəhid olub, 100-dən çoxu isə yaralanıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!