Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran
İslam Respublikasında bir daha zəlzələ olub.
Bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
5,1 bal gücündə baş verən zəlzələnin episentri İran İslam Respublikasının Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, fevralın 21-də Bəndər Abbas şəhərindən 113 kilometr məsafədə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!