17 oktyabr 2022 - 20:14
İranın Azərbaycana ixracı 72 faiz artıb

Bu ilin ilk 6 ayında İranın Azərbaycana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb. Bu barədə İranın Gömrük İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 1401-ci ilin (İranda il martın 21-də dəyişir) ilk 6 ayında İranın Azərbaycana ixracı təqribən 363,2 mln. dollara çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.

Eyni dövrdə İranın Azərbaycandan idxalı əvvəlki ilə nisbətən 29% azalaraq, 19,4 mln. dollar təşkil edib.İranın regionda növbəti ixrac istiqamətləri Rusiya, Türkmənistan və Qazaxıstan olub.

342/